Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ölkə başçısının Şuşada Novruz tonqalı qalaması möhtəşəm bir mənzərə idi

0

  •          27 sentyabr 2020-ci il tarixdə başlayan, 44 gün davam edən, Azərbaycan ordusunun möhtəşəm qələbəsi ilə başa çatan, 30 illik həsrətə son qoyan Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq işğaldan azad edilmiş torpaqlarda quruculuq işləri geniş vüsət almışdır. Torpaqlar işğaldan azad ediləndən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bəyan etdi ki, biz tezliklə işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlayacağıq və bu haqda dövlət qurumlarına müvafiq göstərişlər verdi. Qısa zaman kəsiyində həyata keçirilən müxtəlif bərpa işləri vəziyyətin nə dərəcədə ciddi olduğunu gözlərimiz önündə sərgiləyir. Ölkə başçısının vurğuladığı kimi bütün işlər paralel şəkildə həyata keçirilir. Belə ki, həm ərazilərin minalardan təmizlənməsi, həm də infrastruktur layihələrinin icrasının eyni vaxtda yerınə yetirilməsi bunun  parlaq sübutudur.                                                                    Martın 16-da ölkə Başçısı cənab İlham Əliyev, birinci Xanım Mehriban Əliyeva və qızları Leyla xanım Əliyeva Şuşa şəhərinə səfər etmişlər. Torpaqlar işğaldan azad edildikdən sonrakı qısa zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərinə ikinci dəfə səfər etməsi bu şəhərin ölkəmiz üçün nə qədər böyük strateji əhəmiyyətə malik olduğuna bir işarədir. Bu səfərin xalqımızın müqəddəs bayramlarından biri olan Novruz bayramı ərəfəsində baş verməsi daha böyük əhəmiyyət kəsb edirdi. Ölkə başçısının 30 illik ayrılıqdan sonra Azərbaycanın qədim yaşayış məskəni, mədəniyyət mərkəzi Şuşada öz ailə üzvləri ilə Novruz tonqalı qalaması daha da möhtəşəm bir mənzərə idi. Bu an qədim Oğuz igidlərinin düşmən üzərində qələbədən sonra dağ başında tonqal qalayıb bayram etmələrini xatırladırdı.                                                  Düşmən bütün işğal altında olan əraziləri vəhşicəsinə darmadağın etdiyi kimi, Şuşada da bütün tarixi abidələri məhv etmiş, tanınmaz vəziyyətə salmışdır. Prezident vurğuladı ki, vaxtilə açılışını Ümummilli lider Heydər Əliyevin etdiyi Molla Pənah Vaqifin məqbərəsidə qoyulmuş mərmər daşları da mənfur düşmən oğurlayıb aparmışdır. Məqbərə tanınmaz hala salınmışdır. Lakin bütün bunlara baxmayaraq artıq məqbərədə təmir-bərpa işlərinə başlabılmışdır. Təmir-bərpa işlərini Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu həyata keçirir. Eyni zamanda cənab İlham Əliyev onu da əlavə etdi ki, tezliklə düşmən vəhşiliyinin qurbanı olmuş Rəsm qalereyasının, Xalça muzeyinin, Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sarayının, digər tarixi abidələrin bərpasına başlanılacaqdır. O həm də məşhur "Qarabağ" otelinin də təmir edilib bu qədim şəhəri ziyarət edəcək turistlərin ixtiyarına veriləcəyini bəyan etdi.                      Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu Cıdır düzündə Yallı gedən Paşinyana, Şuşanı separatçı rejimin "paytaxtı" elan etməyə hazırlaşan erməni ünsürlərə öz yerini göstərdi, Şuşanın əsil sahiblərinin kim olduğunu öz qəhrəmanlıqları ilə sübut etdi. Cənab Prezidentin təbirincə desək, mənfur düşmənin bütün Qarabağ xəyalları cəhənnəmə getdi, gorbagor oldu.                    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə mütəmadi səfərləri onu göstərir ki, bu yerlərdə quruculuq işləri daha da geniş vüsətlə davam edəcək, həmin yerlərin sahibləri tez bir zamanda öz ata yurdlarına dönəcəklər. Bu işlərin həyata keçirilməsinə inam böyükdür və xalqımız öz Prezidentinin daim dəstəkçisidir.                                                    Ələddin Əhmədov,                                Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib46 dəfə
    Ölkə başçısının Şuşada Novruz tonqalı qalaması möhtəşəm bir mənzərə idi

    Maraqlı gələ bilər
    59
    12
    52
    79